“Gazelli Group” Holdingin “Ordumuz DASTAN yazır!” adlı vətənpərvərlik aksiyası sosial şəbəkələrdə böyük marağa səbəb olub ( https://www.facebook.com/watch/?v=357994778876457)
Şirkətdən Elitinfo.az-a bildirilib ki, “Gazelli Group”un müxtəlif strukturlarında çalışan əməkdaşları Azərbaycan əsgərinə sevgisini, ehtiramını və inamını çox fərqli üsulla çatdırıblar. Bununla yanaşı, holding tərəfindən Azərbaycan ordusuna dəstək məqsədilə əsgərlərimizə faydalı ola biləcək əşyalarla dolu 2000 ədəd çanta göndərilib. Bildirilib ki, “Gazelli Group” dövlətimizin, ordumuzun yanındadır.
“Biz əminik ki, Azərbaycan Ordusu Prezident İlham Əliyevin komandanlığı ilə düşmən üzərində layiqli zəfər çalacaq, şanlı bayrağımız əzəli torpağımız Qarabağda dalğalanacaq. 30 ilə yaxındır öz evlərindən didərgin düşən soydaşlarımız tezliklə öz yurdlarına qayıdacaqlar. Bu haqq yolunda qələbəyə inanır, ordumuza güvənirik!”, – deyə “Gazelli Group”dan əlavə edilib.