“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən noyabrın 2-dək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq şagirdlərin elektron yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.

Təhsil Nazirliyindən Elitinfo.az-a bildirilib ki, elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.