Oktyabrın 18-də cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən Xızı rayonuna raket atılıb.

Elitinfo.az xəbər verir ki, raket Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilib. Raket şumlanmış əkin sahəsinə düşərək 3 hissəyə bölünüb. Xoşbəxtlikdən xəsarət alan yoxdur.

Əraziyə cəlb olunan Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları bir ədəd “S-300” raketinin partlamış qalıqlarını aşkarlayıblar.

Qeyd edək ki, “S-300” raketinin qalıqlarına baxış zamanı onun 250-280 kilometr məsafədə uçuş qabiliyyətinə malik olduğu müəyyənləşib.