Türkiyənin müxtəlif şəhərlərində Qazi və Şəhid Ailələri dərnəklərinin rəhbərləri və üzvləri Azərbaycana dəstək ifadə edən bəyanat yayıblar.

Elitinfo.az xəbər verir ki, bəyanatda Ermənistan ordusunun Gəncə şəhərinə terror hücumları sərt şəkildə qınanmaqla, Azərbaycan dövlətinin işğal altındakı əzəli torpaqlarını azad etmək əzminə dəstək ifadə olunub: “Azərbaycan Prezidentinə və hökumətinə, Azərbaycan Ordusuna, Azərbaycan xalqına güvənimiz və dəstəyimiz tamdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistana qarşı qazandığı hər zəfər Türk milləti və biz qazilər tərəfindən böyük sevinc hissi və coşqu ilə qarşılanmaqdadır”.

Bəyanatda “Qəlbimiz səninlədir, Azərbaycan!”, “Hamımız Azərbaycanıq!”, “Hamımız Qarabağıq!” şüarları da yer alıb.