Oktyabrın 18-də düşmənin daha bir pilotsuz uçuş aparatı (PUA) vurulub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki PUA Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.