Oktyabrın 16-dan 17-nə keçən gecə işğalçı Ermənistanın silahlı birləşmələrinin Gəncəni yenidən raket hücumuna tutması Almaniyanın nüfuzlu KİV-lərində geniş şəkildə işiqlandırılıb.
Elitinfo.az xəbər verir ki, əsasən eyni məzmun daşıyan məqalələrdə xüsusi olaraq vurğulanır: “Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə edilən raket hücumu nəticəsində ən azı 13 mülki vətəndaş həlak olub və 50-dən çox insan yaralanıb. Hücum mülki əhalinin qorunmasına dair Cenevrə Konvensiyasının müddəalarına ziddir”.