Qazaxıstan saytları Ermənistanın Gəncə şəhərinə növbəti raket hücumu ilə bağlı məlumatlar yayıb.
Elitinfo.az xəbər verir ki, “zakon.kz”, “newsroom.kz” “vlast.kz” “azattyq-ruhy.kz”, “ea-news.kz” və digər saytlarında yayılan məlumatlarda Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində 13 mülki vətəndaşın həlak olduğu, 40-dan çox insanın yaralandığı, 20-dən çox evin dağıldığı bildirilir.
Portallar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını da dərc edib. Qeyd edilib ki, Ermənistanın ardı-arası kəsilməyən təcavüzünün, dinc əhaliyə qarşı qəddar hücumların qarşısı alınmalıdır. Beynəlxalq birlik Ermənistanın Azərbaycan xalqına qarşı bu qeyri-insani hərəkətlərinə göz yummamalıdır.