Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi Azərbaycan Ordusunun dəqiq atəşi ilə məhv edilib.
Bu barədə Elitinfo.az-a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Düşmənə sarsıdıcı zərbələr vuraraq onun xeyli sayda canlı qüvvə və texnikasını məhv edən müzəffər Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymayacağına dair verdiyi sözü yerinə yetirir. Mülki əhalini xaincəsinə hədəfə alan namərd düşmən bilməlidir ki, qəhrəman Azərbaycan əsgəri Ermənistan ordusunun axıtdığı qana görə ondan qisas alacaq və alır.