Azərbaycanın ikinci böyük şəhərində günahsız dinc sakinlər Ermənistanın raket hücumuna məruz qalırlar.

Elitinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Tvitter hesabında yazıb.

“Humanitar atəşkəsə dair vicdansız çağırışlar Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, 20-dən çox ev dağıdılıb”, – deyə o bildirib.