Bu ilin 9 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 338,4 milyon manat dəyərində məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Elitinfo.az-a bildirilib ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə geyim istehsalında 29,2 faiz, toxuculuq sənayesində 5,1 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabıların istehsalında isə 5,3 faiz azalma müşahidə edilib.