Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Latviyanın Baş nazirinin müavini və Müdafiə naziri Artis Pabriks arasında telefon danışığı olub.

Türkiyənin Xarici İşlər Nazirliyindən Elitinfo.az-ın yerli bürosuna verilən məlumata görə, nazirlər Azərbaycan və Ermənistan arasındakı son vəziyyəti müzakirə ediblər.

M. Çavuşoğlu bölgədəki vəziyyət haqqında A. Pabriksi məlumatlandırıb.