2018-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları artaraq 6,2 mlrd. dollar olacaq.
Elitinfo.az-ın verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (İMF) “Qafqaz və Mərkəzi Asiya üzrə regional iqtisadi proqnoz” adlı hesabatında öz əksini tapıb.
İMF-nin hesablamalarına görə, gələn il isə AMB-nin valyuta ehtiyatları 6,7 mlrd. ABŞ dolları təşkil edəcək.
Qeyd edək ki, İMF 2018-ci ildə Azərbaycanda geniş mənada pul kütləsinin 5,7%, 2019-cu ildə isə 7,3% artacağını proqnozlaşdırır.