Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında Ermənistanın humanitar atəşkəsə əməl etməməsi ilə bağlı telefon danışığı olub.

Elitinfo.az xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Bildirilir ki, tərəflər Dağlıq Qarabağ problemi, Ermənistanın atəşkəsə əməl etməməsi, düşmənin mülki azərbaycanlı əhalini hədəf alması, o cümlədən Tərtərdə dəfn mərasim zamanı qəbiristanlığa edilən hücum məsələlərini müzakirə ediblər.