Ermənilərin separatizm siyasəti Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlarda yerləşən peşə təhsili müəssisələrinin fəaliyyətinə də mənfi təsir edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Elitinfo.az-a bildirilib ki, Qubadlı, Zəngilan, Şuşa, 1, 3, 5 saylı Ağdam peşə məktəblərinin fəaliyyəti tamamilə dayandırılıb. Kəlbəcər, Laçın, Cəbrayıl peşə məktəbləri, Füzuli və Ağdam dövlət peşə təhsil mərkəzləri isə müvəqqəti olaraq digər bölgələrə köçürülüb.