ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı əməkdar artist Elnarə Abdullayeva olub.  Elitinfo.az -ın məlumatına görə, ifaçı qadın-kişi münasibətlərinən danışıb:

“Kişinin getmək fikri varsa, fələk qarnını yerə qoysa belə, o gedəcək. Qadın kimdir ki, kişini saxlasın?! Qadın həlim olmalıdır ki, kişi evə gəlsin. Əgər həqiqətən də onu qəbul edib evlənmisənsə, kişinin başında qoz sındırmazlar. Mən başqa bir ruhla, eşqlə yaşayıram. Gərək o eşqi biləsən. Mən o eşqi heç kimə deyə bilmərəm”.