Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 1,8 milyon tondan çox xam neft hasil olunub.
Şirkətdən Elitinfo.az-a bildirilib ki, “OPEC+ razılaşması çərçivəsində götürülmüş məhdudlaşdırma öhdəlikləri ilə əlaqədar olaraq, əvvəlki ilin müvafiq dövrünə nisbətən neft hasilatında azalma qeydə alınıb. Hesabat dövründə ölkə üzrə isə 8,2 milyon tonadək neft hasil edilib.
Üçüncü rüb ərzində SOCAR üzrə qazma işləri 11 min metr, ölkədə isə 42 min metrə yaxın həcmlərdə həyata keçirilib.