Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Elitinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Qeyd edilir ki, tərəflər Dağlıq Qarabağda siyasi prosesin fəallaşmasını müzakirə ediblər.

Putin Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağda münaqişənin deeskalasiyasına konstruktiv töhfə verəcəyinə ümid etdiyini bildirib.

Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə olub.