Qış mövsümündə qlobal mayeləşdirilmiş təbii qaz (LNG) tələbatı tədarükü geridə qoyacaq.

Elitinfo.az xəbər verir ki, bu barədə tankerlərin monitorinq şirkəti “Refinitiv” məlumat yayıb.

Bildirilir ki, cari ildə qlobal LNG tələbatı 4 faiz artacaq. Tələbatın əsas hissəsi Çin, Yaponiya və Cənubi Asiya ölkələrində formalaşacaq. LNG tələbatı koronavirus və iqtisadi çətinliklər fonunda qış mövsümündə 4 milyard kubmetr artacaq. Bununla birlikdə qlobal LNG tədarükünün isə ABŞ-ın liderliyində 3 milyard kubmetr artacağı gözlənilir.

Analitiklərin fikrincə, LNG üzrə tələb-təklif balansı qış mövsümünün şiddəti, COVID-19-un təsirləri və hökumətlərin siyasətləri ilə dəyişə bilər.