Gənclər və İdman Nazirliyinin kollektivi oktyabrın 10-dan 11-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində valideynləri Anar Əliyevi və Nurçin Əliyevanı itirmiş 16 yaşlı Sevili və qardaşı 8 yaşlı Hüseyni himayəyə götürüb.

Nazirliyin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, kollektiv Sevil və Hüseyn yetkinlik yaşlarına (18 yaş) çatana qədər onların 500 manatlıq (cəmi) aylıq təminat xərclərini üzərinə götürüb.