“Azinko Holdinq” şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə etməklə Ordumuza və dövlətimizə dəstək kampaniyasına qoşulub. Belə ki, “Azinko Holdinq” şirkəti ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb. Holdinqin əməkdaşları işğalda olan torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşməndən azad edilməsinə qətiyyətlə inanır və ölkə rəhbərliyinin bu sahədə həyatə keçirdiyi uğurlu siyasəti hərtərəfli dəstəkləyir.