Ermənistan silahlı qüvvələri Tərtər rayonunda jurnalistləri atəşə tutub.

Elitinfo.az-ınməlumatına görə, hadisə rayonun Düyərli kəndində baş verib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin (AZTV) çəkiliş qrupunun olduğu avtomobil qəfil atəşə tutulub.

Hadisə nəticəsində avtomobilin sürücüsü Namiq Qənbərov üz və qarın nahiyəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib.