Elitinfo.az xəbər verir ki, noyabrın 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.
Vətəndaşları Dövlət Komitəsinin sədri Rövşən Rzayev, həmçinin komitənin digər rəhbər işçiləri fərdi qaydada qəbul ediblər.
Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət problemlərinin həlli, məşğulluğun təmin edilməsi, vahid aylıq müavinətin verilməsi, kommunal xidmətlər və digər məsələlərlə bağlı olub.
Məcburi köçkünlərə bir daha izah edilib ki, onların sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bununla əlaqədar müəyyənləşdirdiyi vəzifələrin, verdiyi tapşırıqların icrası təmin edilir, müasir tipli yeni yaşayış kompleksləri salınır, məşğulluq imkanları genişləndirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakıda və Sumqayıtda hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin həyata keçirilməsini şəxsən nəzarətdə saxlayır. Ölkəmizin sosial-iqtisadi inkişafındakı uğurlar məcburi köçkünlərin də rifahının yüksəldilməsi üçün möhkəm zəmin yaradır.
Qəbul zamanı məcburi köçkünlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16



