“Hərbi əməliyyatların teatrından kənarda dinc əhaliyə dağıdıcı raketlərlə hücum hərbi cinayətdir”.
Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.
“Bu Ermənistanın hərbi-siyasi rəhbərliyinin əxlaqsız hərəkətlərinin təzahürüdür”, – o əlavə edib.