Hikmət Hacıyev:

Ermənistan tərəfindən Mingəçevirə 4 ədəd TOCHKA-U raketi atılıb. Yaralananlar var. Ermənistanın dövlət terroru davam edir. Mingəçevirdə eyni zamanda ən böyük su anbarı yerləşir.

Elitinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.