İran İslam Respublikasının Gilan Universitetinin professoru Seyid Haşəm Musəvi və Abbas Pənahi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Bu barədə Elitinfo.az-a AMEA-dan məlumat verilib.
Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov və filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimovla görüşdə qonaqlara müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər, burada qorunub saxlanılan əlyazmalar və aparılan tədqiqat işləri barədə məlumat verilib.
İranlı alimlər Gilan vilayətinin tarixinə dair sənədlər və digər əlyazma abidələri ilə maraqlandıqlarını bildiriblər.
Görüşün sonunda Əlyazmalar İnstitutu ilə Gilan Universiteti arasında gələcək elmi əməkdaşlıq barədə razılıq əldə olunub.