Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar ölüm hallarının artacağına dair xəbərdarlıq edib.

Elitinfo.az xəbər verir ki, beynəlxalq qurum gələn həftə COVID-19 xəstəliyi ilə əlaqədar ölənlərin sayı dünya üzrə bir milyon nəfərə çata bilər. ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bildirib ki, pandemiya qurbanlarının sayının iki milyon olacağını təsəvvürə gətirmək olmur, lakin bu, qeyri-mümkün də deyil. O, hazırkı yoluxma və ölüm hallarındakı artımın qarşısının alınması və epidemiyanın yayılmasında dönüşə nail olunmasını mümkün hesab edib. Bunun üçün gigiyena, maskadan istifadə, sosial məsafə, testlər, karantin və s. kimi qaydalara bütün dünya üzrə və ciddi şəkildə riayət olunmalıdır: “Əsas sual bundan ibarətdir ki, biz multilateral və qlobal şəkildə elə bir əməkdaşlığın qurulmasına hazırlaşmalıyıq ki, virus bizim taleyimiz üzərində deyil, biz virus üzərində nəzarəti ələ keçirək? Əgər biz əməkdaşlığın forma, həcm və intensivliyini bundan sonra da dərinləşdirməsək, o zaman qorxuram ki, biz belə rəqəmin və bəlkə də ondan daha yüksək rəqəmin reallaşacağına hazır olmalıyıq”.

Qeyd edilməlidir ki, hazırda koronavirusla əlaqədar ölüm hallarının sayı dünya üzrə 983 min nəfərdən çoxdur.