Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş Naziri vəzifəsinə seçilməsi münasibətilə Yoşihide Suqaya təbrik məktubu göndərib.

Elitinfo.az xəbər verir ki, məktubda deyilir: “Biz Yaponiya ilə dostluq və əməkdaşlıq münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik”.

Dövlətimizin başçısı yeni Baş Nazirə ən xoş arzularını yetirib, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.