“ Sosial İqtisadi və Ekoloji İnkişaf ” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Elektron Hökumətin İnkişafı Mərkəzi –nin dəstəyi ilə “Regionlarda kiçik və orta sahibkarlar arasında elektron xidmətlərin təşviqi” layihəsini həyata keçirir. Layihə maarifləndirmə tədbirləri vasitəsilə regionlarda kiçik və orta sahibkarların elektron xidmətlərdən istifadə edilməsi ilə bağlı bilik və bacarıqlarının artırılmasına dəstək verilməsi məqsədini daşıyır. Birlliyin sədri Rahilə Mehtiyeva bildirib ki, artıq layihə çərçivəsində SəsTV ilə birgə “Sahibkarlıq subyektləri üçün elektron xidmətlər” adlı xüsusi silsilə verliş hazırlayaraq təqdim etmişdir. Bu verlişlərdə sahibkarlığın inkişafında elektron xidmətlərin təşviqi ilə bağlı ekspertlər, dövlət qurumlarının nümayəndələrinin iştirak edərək, sahibkarlıq fəaliyyətində elektron xidmətlərin tətbiqi  ilə bağlı müxtəlif və daha geniş maarifləndirici çıxışlar etmişlər. Sestv -ə aparılan sonuncu 5-ci verlişin qonağı Rabitə vəYüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin Laboratoriya Rəhbəri Eıman Kərimli mövzu ilə bağlı ətraflı çıxış edib.Bununlada QHT öz layihəsini yekunlaşdırıb. Layihə ilə bağlı həmin videonu təqdim edirik.