Mədəniyyət Nazirliyində İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Elitinfo.az xəbər verir ki, bu vəzifəyə Məryəm Qafarzadə gətirilib.

M.Qafarzadə bundan əvvəl Gənclər və İdman Nazirliyinin sektor müdiri vəzifəsindən çalışıb.

Qeyd edək ki, İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi  İntiqam Hümbətov istefa verəndən sonra vakant idi.