Elitinfo.az

2020-ci ildə dünyanı iflic edən COVİD-19 virusu ilə bütün dünya ölkələri və eləcədə Azərbaycan höküməti mübarizə aparır.Ölkə Başçısının göstərişi ilə ölkədə tədbiq edilən karantin qaydaları bütün vətəndaşlar üçün bərabər məsulliyyətli olmağı və virusla mübarizədə həmrəylik nümayiş etdirməyi tövsiyə etdi.Dövlət üçün ölkə iqtisadiyyatından daha önəmli olan insan sağlığı,vətəndaş dəyərinin yüksək olduğu nümayiş olundu.Azərbaycan Prezidenti Cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın virusla mübarizədə dəfələrlə xalqa müraciəti,xalq tərəfindən sevgi və hörmətlə qarşılandı.Xalq dövlətin qayğısını tam anlamda hiss edir.

Dövlət və vətəndaş həmrəyliyi virusla mübarizədə daha güclü oldu və ölkəmiz dünyaya nümunə oldu.

Yalnız Ölkəmizdə karantin qaydalarının yumşalmasından öz keyfi üçün istifadə edən bəzi üzü qara məmurlar,xalqdan utanmadan əylənməklə məşğuldurlar.Bu istər akademik olsun ister professor olsun fərq etməz. Çünki sizin qaydalara qarşı etdiyiniz hörmətsizlik, Azərbaycan xalqına qarşı biganəlik və saymamazlıqdır. Bu addımınızla sadə xalqa hansısa sosial fərqin olduğunu göstərməyə çalışmaqdır. Ölkə Başçısı bu günlərdə sosial-iqtisadi sahənin inkişafı istiqamətində yeni layihələrin icrasına start verir və müəssisələrin açılışında iştirak edir, yeni iş yerlərinin açılması üçün fasiləsiz çalışır ki,xalq üçün pondemiyadan sonra daha yüksək həyat tərzi yaradılsın.

Siz isə Ölkə Başçısının göstərişlərinin aliliyini qulaq ardına vurmaqla məşğulsunuz. Bütün xalq kimliyindən asılı olmayaraq qaydalara əməl etməyə məcburdur. Azərbaycan Polisi vətəndaşın mühafizəsində gecə-gündüz çalışır,yoluxmanın artmaması üçün öz sağlamlığını təhlükəyə ataraq xidmət edir, ictimai-iaşə məkanlarında güclü nəzarət təmin edir, qayda pozuntuları ilə mübarizə apararkən, cərimələr tədbiq edilərkən, siz ölkədə çəkinmədən hegemonluq edirsiniz?

Ölkənin ziyalıları,akademikləri,elm adamları virusla mübarizədə dövlətə dəstək olmalı,xalqı maarifləndirərək dövlətə,polisə dəstək olmalı halda ,ortaya özünü ərkəsöyün uşaq kimi aparan yaşlı adamların şou oyunu görüntüsü sərgiləyirsiniz. Məmurların özbaşnalığı,Ölkə Başçısının etimadını doğrultmamaları artıq cəzasız qalmır.Ölkəmizin və dünyanın virusla mübarizə apardığı bir dövrdə bizim elm adamları bir-birinin şərəfinə badə qaldırıb,tərif söyləyillər çəkinmədən,hətta karantin qaydalarını pozduqlarına görə cavabdehlik daşımalı olduqlarınıda unudublar.

Ölkəmizdə virusla mübarizə dönəmində karantin qaydalarına hər bir vətəndaş kimi əməl etməyə,əhalinin normal həyata dönməsi üçün vətəndaş məsuliyyəti mədəniyyətini özünüzə tədbiq etməlisiz akademiklər,professorlar. Bir vətəndaş olaraq karantin qaydasını sosial statusundan asılı olmayaraq pozan hər bir kəs məsuliyyətə cəlb olunmalı və cəza tədbiq olunmalıdır.

Siz akademik,professor,elm adamı ola bilərsiniz,yalnız hər şeydən öncə siz azərbaycan vətəndaşısınız və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən COVİD-19 virusu ilə mübarizədə tədbiq edilən qaydalara riayət etməyə borclusunuz.

 

Zülfiyyə Nuriyeva

QHT sədri