“ Sosial İqtisadi və Ekoloji İnkişaf ” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Elektron Hökumətin İnkişafı Mərkəzi –nin dəstəyi ilə “Regionlarda kiçik və orta sahibkarlar arasında elektron xidmətlərin təşviqi” layihəsini həyata keçirir. Layihə maarifləndirmə tədbirləri vasitəsilə regionlarda kiçik və orta sahibkarların elektron xidmətlərdən istifadə edilməsi ilə bağlı bilik və bacarıqlarının artırılmasına dəstək verilməsi məqsədini daşıyır. Layihə çərçivəsində SəsTV ilə birgə “Sahibkarlıq subyektləri üçün elektron xidmətlər” adlı xüsusi silsilə verliş hazırlayıb. 2-ci verlişimizin qonağı Elektron Hökumətin Inkişafı Mərkəzinin Rəqəmsal kommunikasiyalar şöbəsinin müdiri Xəyalə Fətullayevadır.