Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” hesabında 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə paylaşım edilib.

Elitinfo.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Hörmətli KİV nümayəndələri! Əziz dostlar!

Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!”