Bugünlərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm cənab İlham Əliyev Azərbaycan Respublikası Narirlər Kabinetinin fəaliyyətinin yarımillik hesabat iclasında Milli Ordumuzun gücü və qələbə əzmi və İqtidar-Milli Ordu-Xalq Birliyi haqqında qürurla ictimaiyyətə geniş məlumat verib.
O, işğal altında olan torpaqlarımızın Milli Ordumuz tərəfindən təcavüzkar Ermənistanın silahlı qüvvələrindən azad ediləcəyinə əmin olduğuni bildirmişdi.
Möhtərəm cənab Prezidentimizin bu çıxışından sonra əhalinin bütün təbəqələrindən olan minlərlə insanlar Onun çağırışına cavab olaraq könüllü hərbi xidmət üçün Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək Orduda xidmət etmək üçün qeydiyyatdan keçiblər.
Modern.az xəbər verir ki, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızının oğlu İmanzadə Şahin Rafiq oğlu da bu çağırışlara qoşularaq, könüllü hərbi xidmət üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Müdafiə Nazirliyinin online qaydada müraciət edib. Onun müraciəti qəbil olunub və millət vəkilinin oğlu Şahin İmanzadə də qeydiyyatdan keçib.


