Bu ilin I yarısında Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 5 656,2 milyon manat təşkil edib.

Elitinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.

6 aylıq investisiya qoyuluşunun 3 178,8 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu, 1 il əvvələ nisbətən 15,5% azdır.

Hesabat dövründə qeyri-neft-qaz sənayesinə investisiya qoyuluşu isə 25,7% azalaraq 452 milyon manata düşüb.