İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025- ci illər üçün Dövlət Proqramı”nın 2019-cu ildə icra nəticələrinə dair monitorinq və qiymətləndirmə hesabatı hazırlayıb.

İİTKM-dən Elitinfo.az-a bildirilib ki, hesabatın nəticələrinin açıqlanması məqsədilə İİTKM Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birgə onlayn mətbuat konfransı keçirəcək.

Konfrans iyulun 13-də saat 12-də “Micrtosoft Teams” tətbiqi vasitəsilə həyata keçiriləcək.

Mətbuat üçün iştirak linki : https://bit.ly/3iFJ7Iv