Elitinfo.az-ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Şəki şəhər icra hakimiyyətinin iştirakı ilə ekoloji aksiya keçirilib. Aksiyada Şəki şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər və Şəki şəhər icra hakimiyyətinin başçısının aparatının əməkdaşları iştirak edib. Təbdir çərçivəsində Heydər Əliyev mərkəzinin ətrafında 150-dən çox həmşəyaşıl ağac əkilib. Bundan başqa iməcilikdə müvafiq təmizləmə, abadlıq işləri görülüb, mövcud yaşıllığa qulluq edilib.
Aksiyanın keçirilməsində məqsəd yaşıllıqları artırmaq, təbiəti qorumaqdır.