Koronavirusdan müalicə alan bacı-qardaş jurnalistlər sağalaraq evə buraxılıb.

Elitinfo.az-ın xəbərinə görə, bu barədə jurnalist Alçina Alimqızı məlumat verib.

“Koronavirusdan müalicə alan bacı-qardaş jurnalistlər – “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva və Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin müxbiri Müşfiq Abdulla, habelə onun həyat yoldaşı Gülşən Abdullayeva sağalaraq evə buraxılıblar”, – o bildirib.