Futbol üzrə Rumıniya çempionatının 14-cü turu çərçivəsində “Politexnik” və “Universitatya” klubları arasında matç zamanı meydana təcili yardım maşınının gəlməsinə səbəb olan insident baş verib.

 Elitinfo.az-ın məlumatına görə,  görüşün 10-cu dəqiqəsində meydan sahibinin yarımmüdafiəçisi Laurentsiu Rus top uğrunda mübarizədə əli ilə qonaqların yarımmüdafiəçisi Valentinu Mixeyleni boynundan vurub. “Universitatya”nın oyunçusu dərhal huşsuz vəziyyətdə qazona yıxılıb. Hakim Rusa qırmızı vərəqə göstərib. Mixeyle stadionun qaçış cığırında dayanan təcili yardım maşınında birbaşa xəstəxanaya çatdırılıb.

“Universitatya” klubunun rəsmi saytında verilən məlumata görə, Mixeyle özünə gəlib və onun sağlamlığına heç bir təhlükə yoxdur.