Vəkillər Kollegiyasının iki üzvü COVİD-19-a yoluxub



Elitinfo.az

Bu günə olan məlumata görə, Vəkillər Kollegiyasının üzvü olan iki vəkil COVİD-19-a yoluxub.

Məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, vəkillərin hər ikisi ilə telefonla danışıb:

“Vəkil Cimnaz Eyubova xanımla bir az olar ki, danışdım. Onun sağlamlıq durumu kafidir, ev şəraitində müalicə olunur. Çimnaz xanım təcrübəli vəkildir. O, 20 ildən çoxdur ki, VK-nin üzvüdür, mübarizdir, güclü iradəyə malikdir. Onun bu xəstəliyə qalib gələcəyinə əminəm”.