Bakı metropoliteni 2 yeni qatarı bu gün xəttə buraxacaq



 

Bakı metropoliteni yeni aldığı daha 4 qatarın 2-si xəttə buraxacaq. Bu barədə Elitinfo.az-a  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, yeni alınan 10 vaqondan ibarət xəttə buraxılacaq qatar tərkibi artıq sınaq yoxlanışından keçirilib: “Sınaqdan keçirilən həmin qatarlar artıq xəttə buraxımlaq üçün yoxlanılıb. Bu gün həmin qatarlar sərnişinlərin istifadəsinə veriləcək.

B. Məmmədov qeyd edib ki, hazırda yeni alınan digər 2 qatar tərkibində sınaq işləri aparılır. Yaxın vaxtlarda həmin 2 qatar tərkibi də xəttə buraxılacaq: “Yeni qatarlar istismar müddətini başa vuran köhnə qatar tərkibini əvəz edəcək. Bu gün artıq istismar müddətini başa vurmuş 2 qatar tərkibi xətdən çıxarılacaq və 2 yeni qatar tərkibi sərnişinlərin istifadəsinə veriləcək”.