Dövlət 1 milyard manat kredit portfeli üzrə kreditlərin subsidiyalaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tutub.

Elitinfo.az-ın məlumatna görə, bunu açıqlamasında Sahibkarlığın İnkişafı Fondunun şöbə müdiri Nuranə İbadova deyib.

Onun sözlərinə görə, sahibkarın götürdüyü kreditin 10 faiz bəndi Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit təşkilatlarına ödəniləcək. Sadə dildə desək, bir sahibkar 17 fazilə kredit götürübsə, həmin kreditin 10 faiz bəndi dövlət tərəfindən kredit təşkilatlarının hesabına ödəniləcək.

Sahibkarlara digər dəstək isə yeni kreditlərin verilməsidir ki, bu istiqamətdə 500 milyon manat ayrılacaq.