Dünyada yeni növ koronavirusa yoluxanların sayı 9 milyon nəfərə yaxınlaşır.

Yerli mətbuatın verdiyi məlumata görə, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.

Hesabata əsasən, ötən gün dünyada koronavirusa 113 min nəfər yoluxub, yoluxanların ümumi sayı 8 770 629 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 464 039 nəfəri vəfat edib, 4,34 milyon nəfəri isə sağalıb.