“Testin nəticəsi 1 günə çıxır. Amma test sayı çox olduğuna görə burada ləngimələr ola bilər”.

 

Elitinfo.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

 

V.Əliyev deyib ki, test laboratoriyaya təqdim ediləndə məlum olma müddəti 6 saatdır: “Bir məqamı da deyim. Sərt karantin rejiminin tətbiqi ilə bağlı nəticələr 12 gündən sonra məlum ola bilər. Onu da deyim ki, əgər yoluxma sayları artarsa, karantin rejimi də uzadıla bilər”.