Nazirlər Kabineti yanında Operativ Qərargahda iyunun 14-16 tarixlərində elan edilmiş sərt karantin rejimi ilə bağlı brifinq keçirilir.

 

Elitinfo.az xəbər verir ki, brifinqdə iştirak edən Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Vasif Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev jurnalistlərin suallarını cavablandırırlar.

 

Qeyd edək ki, sərt karantin rejimi Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Abşeron, Yevlax, Kürdəmir, Salyan və İsmayıllıda tətbiq olunacaq.