“WhatsApp” messencerində yeni funksiya yaradılacaq.

Elitinfo.az “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Bildirilir ki, yeni funksiya istifadəçilərə mesajları tarixə görə axtarmağa imkan verəcək. Hazırda messencerdə axtarış funksiya mövcuddur, lakin istifadəçilər müəyyən bir tarixdə göndərilən və ya qəbul edilən mesajı tapmaqda çətinlik çəkirlər.