Taxıl biçiləndən sonra zəmilərin yandırılmasının heç bir elmi əsası yoxdur.

Elitinfo.az-ın məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, yanma nəticəsində torpaq qatında illərlə formalaşan, bitkilər üçün “qida anbarı” sayılan çürüntü qatına zərər dəyir:

“Fermer növbəti il üçün həmin anbarını şüurlu və ya şüursuz şəkildə yandırır. Bununla da gələcəkdə məhsuldarlığın aşağı düşməsinə səbəb olur”.