Haitinin Sosial məsələlər naziri Emmanuel Kantav koronavirusdan ölüb.

Elitinfo.az-ın məlumatına görə, bu barədə nazirliyin rəsmi nümayəndəsi bildirib.

Nazirin nə zaman yoluxması barədə məlumat verilməyib.

Qeyd edək ki, bu günədək Haitidə 3 662 nəfər koronavirusa yoluxub, 56 nəfər isə həyatını itirib.