Elitinfo.az

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin yumşaldılmasının növbəti mərhələsi başlayıb.

iyunun 8-dən etibarən ölkədə restoran və kafelərin, hotellərin və valyutadəyişmə məntəqələrinin işi bərpa olunub.

Bundan başqa, iyunun 15-dən ölkədaxili turizm, dəmir yolu ilə sərnişin daşımaları bərpa olunacaq. Beynəlxalq turizmin isə iyulun 1-dən açılması gözlənilir.

Qeyd edək ki, kafe və restoran maska taxmaq və iki metr məsafə saxlamaq zəruridir. Stol arxasında ən çox 6 nəfər otura bilər.

Xatırladaq ki, bu günədək ölkədə 810 nəfər yoluxub, 13 nəfər ölüb.