Prezident İlham Əliyev Beyləqanda yol tikintisinə 18,04 milyon manat ayırıb

Prezident İlham Əliyev Beyləqan rayonunun Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Elitinfo.az xəbər verir ki, sərəncamla iyirmi iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması […]

Continue reading

BMT-dən Qaşıqçı açıqlaması: Şokedici dərəcədə…

Jurnalist Camal Qaşıqçının ölümü şokedici dərəcədə dəhşətli cinayətdir. Elitinfo.az xəbər verir ki, bu sözləri BMT-nin İnsan Haqları üzrə Ali komissarı Mişel Baçelet deyib. O bildirib ki, Qaşıqçı cinayətinin aydınlaşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət qrup formalaşdırılmalıdır. Xatırladaq ki, C.Qaşıqçı oktyabrın 2-də Səudiyyənin İstanbul konsulluğunda öldürülüb. Səudiyyə hakimiyyəti yalnız bir neçə həftə sonra jurnalistin konsulluqda öldürüldüyünü etiraf edib.

Continue reading

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib – SİYAHI

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.  Sərəncamla kənd təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar kənd təsərrüfatı işçisi” Dilbazi Gülrux Hacı qızı Həsənov Fikrət Əyyub oğlu Sadıxova Laləzər Qafar qızı Seyfəddinov Savalan Şahbaba oğlu “Əməkdar müəllim” Qurbanov Xalid Hümbətəli oğlu Məmmədov Nurəddin Nəcəf oğlu. Dövlət başçısının […]

Continue reading

Azərbaycanda 6 məhkəmə hakimi barəsində intizam icraatları başlanılıb

Məhkəmə-Hüquq Şurasının Fikrət Məmmədovun sədrliyi ilə iclası keçirilib. Bu barədə “Elitinfo.az ”a Şuradan məlumat verilib. İclasda ali və apellyasiya instansiyası məhkəmələrində vakant olan 30 hakim ştatının komplektləşdirilməsi məqsədilə hakim korpusunun mövcud tərkibi ətraflı təhlil edilib, fəaliyyətində müsbət qiymətləndirilən və peşəkarlığı ilə fərqlənən hakimlərin irəli çəkilməsinə dair dövlət başçısına təkliflər verilib. Qeyd edilən təkliflər ölkə Prezidenti tərəfindən […]

Continue reading

Zəngilanın işğalından 25 il ötür – Bəyanat 

Ermənistan silahlı bölmələrinin Azərbaycanın Zəngilan rayonunu işğal etməsindən 25 il ötür. Elitinfo.az xatırladır ki, 1993-cü il oktyabrın 28-dən 29-na keçən gecə işğalçı ermənilər Zəngilan rayonunu zəbt edib. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar. Oktyabrın 25-dən etibarən 4 gün ərzində Zəngilan rayonunun əhalisi vuruşaraq 235 nəfər şəhid […]

Continue reading

Şəmkirdə avtomobil 54 yaşlı piyadanı vurub

Şəmkir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib..Elitinfo.az -ın xəbərinə görə, hadisə şəhərin 2-ci və 3-cü küçələrinin kəsişməsində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən 54 yaşlı Zahid Məmmədovu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Continue reading

Son günlər üzrə çaylarda suyun səviyyəsi açıqlandı

Çaylarda son günlər üzrə sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-65, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR Naxçıvançay çayında 5 faizini təşkil edir. Elitinfo.az -ın məlumatına görə, tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 26-da Kür […]

Continue reading

Mətbuat Şurası “reallıq.info” saytı rəhbərinin saxlanmasına münasibət bildirdi – Bəyanat

“Kimlərəsə sığınıb komanda oyunu oynadıqlarını düşünənlər uğur qazanmayıblar”– Azərbaycan Mətbuat Şurası bəyanat yayıb. MŞ son zamanlar bəzi media qurumlarının apardığı fəaliyyətlə bağlı tənqidi fikir bildirib. Bəyanatda deyilir: “2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılmış Azərbaycan Mətbuat Şurası media məkanımızın saflaşması, jurnalistikamızın siyasi maraqlardan, qrup mənafelələrindən xilas olması üçün mübarizə aparıb, barışmaz mövqeyi ilə seçilib. Ötən […]

Continue reading

Tərtər Rayon İcra Hakimiyyəti Yuxarı Qapanlı kəndində səyyar-qəbul görüş keçirib – FOTOLAR

Tərtər Rayon İcra Hakimiyyətindən Elitinfo.az-a verilən xəbərə görə, İcra Başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü Yuxarı Qapanlı kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən […]

Continue reading