Türkiyədə 4.1 bal gücündə zəlzələ olub
Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda yerli vaxtla saat 11.57-də Rixter cədvəli üzrə 4.1 bal gücündə zəlzələ baş verib. Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Hələlik yeraltı təkanın təsiri barədə məlumat yoxdur.
Continue readingErmənistan vətəndaşları itkin düşən daha 540 hərbçisini axtarır
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin yaratdığı “qaynar xətt”ə ümumilikdə itkin düşmüş 540 erməni hərbçi ilə bağlı müraciət daxil olub. Elitinfo.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin mətbuat xidməti bildirib. Qeyd olunub ki, daxil olan məlumatlar yoxlanılıb və sülhməramlı kontingentin axtarış bölmələrinə ötürülüb. Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsindəki […]
Continue readingPaşinyan baş nazir postundan getməyə hazır olduğunu bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyə hazır olduğunu bildirib. Elitinfo.az “RİA Novosti”yə istinadla xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb. Nikol Paşinyan bildirib ki, yalnız bu addımı xalqın qərarı ilə ata bilər. “Eyni zamanda, xalqın gələcəyə inamının qırılmaması üçün bu ağır zamanda Ermənistanda liderliyimi davam etdirməyə hazıram”, – deyə o əlavə edib.
Continue readingBu gün Yerevanda müxalifətçilər Nazirlər Kabinetinin binasını bağlayacaqlar
Bu gün Ermənistanda etirazçılar Nazirlər Kabinetinin binasına giriş-çıxışı bloklamağa cəhd göstərəcəklər. Elitinfo.az “News.am”a istinadən xəbər verir ki, bu barədə “Daşnaksütyun” Partiyasının üzvü Qeqam Manukyan bildirib. O, qeyd edib ki, Nazirlər Kabinetinin bu günə planlaşdırılmış iclası Paşinyan hakimiyyətinin sonuncu toplantısı olmalıdır. Qeqam Manukyan bütün etirazçılara müraciət edərək, bu gün saat 10-da Nazirlər Kabinetinin binasını hər […]
Continue readingTürkiyənin “Oruç Reis” gəmisinin Aralıq dənizinin şərqində fəaliyyət müddəti uzadılıb
Aralıq dənizinin şərqində Kipr adası sahillərində seysmik araşdırmalar aparan Türkiyənin “Oruç Reis” kəşfiyyat-axtarış gəmisinin bölgədəki fəaliyyət müddəti 2021-ci il iyunun 21-dək uzadılıb. Elitinfo.az xəbər verir ki, bununla bağlı yeni “Navtex” (dənizçilərə elan) elan edilib. “Ataman” və “Cengiz Han” gəmiləri ilə birlikdə seysmik araşdırmalar aparan “Oruç Reis” kəşfiyyat-axtarış gəmisi kontinental sahə və təbii qaynaq axtarışları başda […]
Continue reading“BioNTech” koronavirusun yeni növünə qarşı vaksin hazırlamağı planlaşdırır
Almaniyanın “BioNTech” kompaniyası koronavirusun yeni “Britaniya” ştammına qarşı peyvəndi altı həftə ərzində hazırlaya bilər. Elitinfo.az France-Presse agentliyinə istinadla xəbər verir ki, bu barədə kompaniyanın baş direktoru Uğur Şahin məlumat verib. Onun sözlərinə görə, “BioNTech” və “Pfizer” kompaniyalarının birgə hazırladığı vaksin çox güman ki, mutasiyaya uğramış virusla da uğurlu mübarizə apara bilər. Lakin preparat bilavasitə koronavirusun […]
Continue readingABŞ Çin və Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq etdi
ABŞ hökuməti 58 Çin və 45 Rusiya şirkətinə qarşı hərbi təyinatlı məhsulların Çin, Rusiya, Venesuela kimi ölkələrə ixrac, təkrar ixrac, ötürmə fəaliyyətlərinə görə sanksiya tətbiq edib. Elitinfo.az bu barədə ABŞ Ticarət Departamentinə istinadən xəbər verir. Həmin şirkətlər bundan sonra ABŞ mənşəli bir sıra məhsul və texnologiyaları yalnız lisenziya vasitəsilə əldə edəcək. Ticarət katibi Uilbor Ross […]
Continue readingABŞ-da təyyarə qəzası baş verib, ölənlər var
ABŞ-ın Texas ştatının Qrand-Preri şəhərində təyyarə qəzaya uğrayıb. Elitinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidməti məlumat yayıb. Məlumata görə, hadisə zamanı azı 2 nəfər həlak olub. Qeyd edilir ki, təyyarə Texas ştatının Denton şəhərindən səmaya qalxıb. Qrand-Preri əyalət aeroportunda eniş edən təyyarə yenidən səmaya qalxıb, lakin az sonra qəzaya uğrayıb. […]
Continue readingErmənistanda ümumrespublika tətili elan olunub
Ermənistanda dekabrın 22-dən ümumrespublika tətili elan edilib. Həmin gündən ölkə ərazisində təhsil dayandırılacaq, kütləvi vətəndaş itaətsizliyi başlayacaq. Elitinfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “daşnaksütyun”un təmsilçisi İşxan Saqatelyan məlumat verib. O, Ermənistanın bütün vətəndaşlarını tətili dəstəkləməyə çağırıb. Bildirib ki, dekabrın 22-də saat 12:00-da Respublika meydanında mitinq olacaq. Bununla paralel olaraq hökumət […]
Continue readingTürkiyədə son sutkada koronavirusdan 246 nəfər ölüb
Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılma tempi təlaşlı vəziyyətdə qalmaqdadır. Buna görə də məhdudiyyətlər və virusdan qorunmaq üçün təbliğat işləri daha da gücləndirilib. Elitinfo.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, dekabrın 20-də Türkiyədə 158 min 892 nəfər testdən keçirilib. Onlardan 20 min 316 nəfərdə virus əlaməti aşkarlanıb, 3546 nəfər müalicəyə cəlb olunub. Gün ərzində […]
Continue reading